Qaradağda "Kamaz"la minik avtomobilinin toqquşması nəticəsində yol kənarında dayanan piyada ölüb

Qaradağda "Kamaz"la minik avtomobilinin toqquşması nəticəsində yol kənarında dayanan piyada ölüb Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır
Hadisə
5 Avqust , 2015 12:21
Qaradağda Kamazla minik avtomobilinin toqquşması nəticəsində yol kənarında dayanan piyada ölüb

Bakı. 5 avqust. REPORT.AZ/ Qaradağda "Kamaz" markalı yük maşını ilə minik avtomobili toqquşub. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə avqustun 4-də rayonun Qobustan qəsəbəsində qeydə alınıb. 

Məlumata görə, Qaradağ rayonunun Qobustan qəsəbəsində Bakı şəhər sakini Səxavət Xalidov idarə etdiyi "KamAZ-53212" markalı avtomobili qarşıda gedən Fəthi Məcidovun idarə etdiyi "Opel" markalı avtomobilə vurub, idarəetməni itirdiyindən avtomobil yolun kənarında dayanan Alim Vəliyevin idarə etdiyi "Shacman" markalı avtomobilə və hadisə yerinin yaxınlığında olan Sumqayıt şəhər sakini Məhəmməd Abbasova dəyib. Nəticədə M.Abbasov hadisə yerində ölüb, S.Xalidov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi