Qaradağda baş verən qəzada sürücü ölüb

Qaradağda baş verən qəzada sürücü ölüb Ələt sakini Zakir Abbasovun idarə etdiyi "Mercedes" və Salyan rayon sakini İsmayıl Məmmədovun idarə etdiyi "VAZ-221013" markalı avtomobillər toqquşub
Hadisə
17 İyul , 2015 15:44
Qaradağda baş verən qəzada sürücü ölüb

Bakı. 17 iyul. REPORT.AZ/ Qaradağ rayonu Ələt qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Qaradağ rayonu Ələt qəsəbəsində qəsəbə sakini Zakir Abbasovun idarə etdiyi "Mercedes" və Salyan rayon sakini İsmayıl Məmmədovun idarə etdiyi "VAZ-221013" markalı avtomobillər toqquşub.

Nazirlikdən bildirilib ki, qəza nəticəsində İ.Məmmədov hadisə yerində ölüb.

Qaradağ RPİ araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi