​Qaradağda avtomobil qəzası baş verib

​Qaradağda avtomobil qəzası baş verib Xilasedicilər sərnişini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib
Hadisə
1 İyun , 2015 08:35
​Qaradağda avtomobil qəzası baş verib

Bakı. 1 iyun. REPORT.AZ/ Bakının Qaradağ rayonu Bakı-Qazax magistral avtomobil yolunun 60-cı kilometrliyində “Nissan” markalı minik avtomobili yoldan çıxaraq dərəyə aşıb.

"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, bir nəfər sərnişin deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər sərnişini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib.

Son xəbərlər

Orphus sistemi