Qaradağda avtomobil maneəyə çırpılaraq aşıb, 18 yaşlı gənc yaralanıb

Qaradağda avtomobil maneəyə çırpılaraq aşıb, 18 yaşlı gənc yaralanıb Bakının Qaradağ rayonunda 18 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Hadisə
19 May , 2024 01:36
Qaradağda avtomobil maneəyə çırpılaraq aşıb, 18 yaşlı gənc yaralanıb

Bakının Qaradağ rayonunda 18 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə Sahil qəsəbəsində qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılaraq aşıb.

Avtomobildə olan sərnişin 2006-cı il təvəllüdlü Əhmədli Əli İlqar oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi