​Qaradağda 1 nəfər suda boğulmaqdan xilas edilib

​Qaradağda 1 nəfər suda boğulmaqdan xilas edilib Xilasedicilər hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb
Hadisə
7 Avqust , 2016 20:25
​Qaradağda 1 nəfər suda boğulmaqdan xilas edilib

Bakı. 7 avqust. REPORT.AZ/ Axşam saatlarında Bakının Qaradağ rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

"Report" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi