BAKI. 18 yanvar. REPORT.AZ/ Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus “Mercedes” markalı yük avtomobilinin kabinəsi, mühərriki və qabaq təkərləri yanıb.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.