Qaradağ rayonunda istifadəyə yararlı olan 2 ədəd trotil qutusu aşkarlanıb

Qaradağ rayonunda istifadəyə yararlı olan 2 ədəd trotil qutusu aşkarlanıb Aşkar edilən hərbi sursatlar aidiyyəti üzrə təhvil verilib
Hadisə
6 İyun , 2015 16:04
Qaradağ rayonunda istifadəyə yararlı olan 2 ədəd trotil qutusu aşkarlanıb

Bakı. 6 iyun. REPORT.AZ/ Bakı şəhərinin Qaradağ rayonunda döyüş sursatı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" telefon xəttinə məlumat daxil olub.

Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aşkarlanan sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararlı olan 2 ədəd trotil qutusudur.

Aşkar edilən hərbi sursatlar aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər. 

Son xəbərlər

Orphus sistemi