Qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus və taksi sürücülərinə qarşı reyd keçirilib - FOTO

Qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus və taksi sürücülərinə qarşı reyd keçirilib - FOTO 25 sürücüyə protokol tərtib edilib
Hadisə
19 Sentyabr , 2015 15:58
Qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus və taksi sürücülərinə qarşı reyd keçirilib - FOTO

Bakı. 19 sentyabr. REPORT.AZ/ Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) əməkdaşları Göyçay rayonunda qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus və taksi sürücülərinə qarşı reyd keçiriblər. "Report" xəbər verir ki, reyd zamanı lisenziyasız fəaliyyət göstərərək vergi ödəməkdən yayınan sürücülərə inzibati qaydada protokol tərtib edilib.

Reyd zamanı sərnişindaşıma qaydalarını pozan, qeyri-qanuni fəaliyyət göstərən, sürücülük hüququ olmayan sürücülər də aşkar edilərək barələrində protokol tərtib olunub və avtomobilləri duracağa yerləşdirilib.

DANX-nin əməkdaşları şəhər daxilində sərnişindaşıma ilə məşğul olan orta tutumlu avtobusların fəaliyyətinin qanunvericilik və tələblərə uyğunluğunu yoxlayıb. Bəzi sürücülərə zəruri göstərişlər verilib. Reyd zamanı taksi sürücülərinə də protokol tərtib olunub.

Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçirdiyi reydin məqsədi bu sahədəki nöqsanları aşkara çıxarmaq, sürücülərin sənədlərinin qaydasında olub-olmadığını yoxlamaqdır. Reyd zamanı 25 sürücüyə protokol tərtib edilib.

Son xəbərlər

Orphus sistemi