Qanunsuz ov edən şəxslər cərimələnib - SİYAHI

Qanunsuz ov edən şəxslər cərimələnib - SİYAHI Qanunsuz ov hallarının qarşısını almaq məqsədilə ölkə ərazisində reydlər davam etdirilir
Hadisə
15 Yanvar , 2015 18:14
Qanunsuz ov edən şəxslər cərimələnib - SİYAHI

Bakı. 15 yanvar. REPORT.AZ/ "Ovçuluq haqqında" qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən növbəti reydlər keçirilib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

Şəki rayonu Biləcik kəndi ərazisində ovla məşğul olan Abbas kəndinin sakini Hacıalı Yusubov saxlanılaraq ondan 1 ov tüfəngi, 2 patron götürülüb. Qanun pozucusu barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.

Zaqatala rayonu Kəpənəkçi kəndi ərazisində keçirilən reyd zamanı kənd sakinləri Mənsur Zurabov və Mayıl Qəribov saxlanılıb, onlardan 2 ov tüfəngi, 10 patron götürülüb. Təqsirkar şəxslər barəsində akt və protokol tərtib olunaraq hər birinə 1000 manat məbləğində cərimə tətbiq edilib.

Yevlax rayonu Piriuşağı kəndi ərazisində keçirilən reyd zamanı ov edən kənd sakini Ayaz Əliyev saxlanılaraq ondan 1 ov tüfəngi, 10 patron götürülüb. İnzibati xətaya yol vermiş qanun pozucusu barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.

Bərdə rayonu Qılınclı kəndi ərazisində ovla məşğul olan İsmayıllı rayonunun Qoşakənd kəndinin sakini Vidadi Əliyev və Bakı şəhər sakini Vüqar Əhmədov saxlanılaraq onlardan 3 ov tüfəngi, 30 patron götürülüb. Qanun pozucuları barəsində akt və protokol tərtib olunaraq hər biri 2000 manat məbləğində cərimə edilib.

Qanunsuz ov hallarının qarşısını almaq məqsədilə ölkə ərazisində reydlər davam etdirilir.         

Son xəbərlər

Orphus sistemi