Qanunsuz azadlıqdan məhrum etmədə təqsirləndirilən şəxslərə hökm oxunub

Qanunsuz azadlıqdan məhrum etmədə təqsirləndirilən şəxslərə hökm oxunub Onların hər biri 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
5 Avqust , 2016 13:32
Qanunsuz azadlıqdan məhrum etmədə təqsirləndirilən şəxslərə hökm oxunub

Bakı. 5 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz azadlıqdan məhrum etmədə təqsirləndirilən Hacı Sadıqov və Cantik Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 145-ci (azadlıqdan məhrum etmə, adam oğurluğu) maddəsi ilə ittiham olunublar.

Son xəbərlər

Orphus sistemi