​Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdirinin məhkəməsinin vaxtı açıqlanıb

​Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdirinin məhkəməsinin vaxtı açıqlanıb İşə hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılacaq
Hadisə
5 İyul , 2016 14:35
​Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdirinin məhkəməsinin vaxtı açıqlanıb

Bakı. 5 iyul. REPORT.AZ/ Dövlətə xəyanət etməkdə təqsirləndirilən ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmənin vaxtı açıqlanıb.

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses iyulun 12-nə təyin edilib.

İşə hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi