​Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdirinin məhkəməsində şahidlər ifadə verib

​Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdirinin məhkəməsində şahidlər ifadə verib Məhkəmənin növbəti prosesi avqustun 25-nə təyin edilib
Hadisə
16 Avqust , 2016 16:56
​Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdirinin məhkəməsində şahidlər ifadə verib

Bakı. 16 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə şahidlər ifadə veriblər.

Məhkəmənin növbəti prosesi avqustun 25-nə təyin edilib.

Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi