Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda spirtli içki aşkar olunub - FOTO

Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda spirtli içki aşkar olunub - FOTO Faktla bağlı araşdırma aparıldığı deyilir
Hadisə
6 Oktyabr , 2015 14:51
Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda spirtli içki aşkar olunub - FOTO

Bakı. 6 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan və qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda spirtli içkinin realizə olunmasının qarşısını alıb. Bu barədə "Report"a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, idarəyə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 7A ünvanında yerləşən “Ruslan-93” mağazasında üzərində aksiz markası olmayan spirtli içkilərin satılması barədə məlumat daxil olub.

Bundan sonra isə Baş İdarənin əməkdaşları tərəfindən həmin ünvandakı Abdullayev Telman Ələkbər oğluna məxsus mağazada zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Əməliyyat zamanı mağazadan Rusiya Federasiyasının aksiz markası ilə markalanan külli miqdarda araqlar, həmçinin üzərində aksiz markası olmayan müxtəlif markalı spirtli içkilər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparıldığı deyilir. 

Son xəbərlər

Orphus sistemi