Bakıda polislərin avtomobilini vurub qaçan iki nəfər saxlanılıb

Bakıda polislərin avtomobilini vurub qaçan iki nəfər saxlanılıb Avtomobilə baxış zamanı süngü-bıçaq, cib bıçağı, 2 ədəd göz yerləri açılan idman papağı aşkar edilərək götürülüb
Hadisə
14 Avqust , 2015 14:19
Bakıda polislərin avtomobilini vurub qaçan iki nəfər saxlanılıb

Bakı. 14 avqust. REPORT.AZ/ Bakıda "Saxla" əmrinə tabe olmayan iki nəfər saxlanılıb. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu gün saat 01 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsində "Fiat Doblo" markalı avtopatrulda xidmət aparan polis əməkdaşları üzərində dövlət qeydiyyat nişanları olmayan "Peugeot" markalı avtomobilin sürücüsünə "Saxla" işarəsi verib, lakin hərəkəti davam etdirən sürücü xidməti avtomobili vurub hadisə yerindən qaçmağa cəhd göstərib. 

Görülən tədbirlərlə sürücü Ziya Rəhimli və sərnişini Mükafat Ağayev saxlanılıblar. Avtomobilə baxış zamanı süngü-bıçaq, cib bıçağı, 2 ədəd göz yerləri açılan idman papağı və avtomobilin dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi