Bakı. 30 iyul. REPORT.AZ/ Sabirabad rayonunda "Mercedes" markalı avtomobildən külli miqdarda pul oğurlamış qadın tutulub.
"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Belə ki, Sabirabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zabil Əliyevə məxsus "Mercedes" markalı avtomobildən 21800 manat oğurlayan Şirvan şəhər sakini Rəşxəndə Zeynalova həbs olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.