​Prokurorluq orqanlarına işə qəbulla əlaqədar sənədlərin qəbulunun son tarixi açıqlanıb

​Prokurorluq orqanlarına işə qəbulla əlaqədar sənədlərin qəbulunun son tarixi açıqlanıb Müsabiqə 100 ştat vahidi üzrə elan edilib
Hadisə
8 Aprel , 2015 10:25
​Prokurorluq orqanlarına işə qəbulla əlaqədar sənədlərin qəbulunun son tarixi açıqlanıb

Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycan Baş Prokurorluğu tərəfindən 100 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə əlaqədar prokurorluğa qulluğa qəbul olunmaq arzusunda olan namizədlərin sənədlərinin qəbulu davam etdirilir. Baş Prokurorluğun mətbuat xidmətindən “Report”a bildirilib ki, prokurorluq orqanlarında işləməyi arzu edən və qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən gənc hüquqşünaslar Baş Prokurorluğa müraciət edərək zəruri sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.

Sənədlər aprelin 24-dək qəbul olunacaq. Sənəd qəbulu yekunlaşdırıldıqdan sonra test imtahanının tarixi, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ hüquqi aktların siyahısı və qulluğa qəbulla əlaqədar digər məsələlər barədə kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun internet saytında və Qəbul otağında yerləşdirilmiş lövhədə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi