​Prokurorluq narkotikə görə bəraət alan şəxsin işi üzrə apellyasiya protesti verib

​Prokurorluq narkotikə görə bəraət alan şəxsin işi üzrə apellyasiya protesti verib Məhkəmənin baxış iclası iyunun 13-nə təyin edilib
Hadisə
2 İyun , 2016 09:15
​Prokurorluq narkotikə görə bəraət alan şəxsin işi üzrə apellyasiya protesti verib

Bakı. 2 iyun. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlamaqda təqsirləndirilən Şərəfəddin Vidadi oğlu Abbasovun barəsində olan bəraət hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib.

“Report”un xəbərinə görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 13-nə təyin edilib.

Qeyd edək ki, Ş.Abbasov satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlamaqda təqsirli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunub.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Ş.Abbasovun barəsində bəraət hökmü çıxarılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.

Son xəbərlər

Orphus sistemi