Prokuror qardaşını öldürən şəxsə 18 il həbs cəzası istəyib

Prokuror qardaşını öldürən şəxsə 18 il həbs cəzası istəyib Məhkəmənin növbəti iclası iyulun 22-nə təyin edilib
Hadisə
21 İyul , 2016 14:51
Prokuror qardaşını öldürən şəxsə 18 il həbs cəzası istəyib

Bakı. 21 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirən Elxan Həbibovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşması elan olunub.

Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında E.Həbibovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası iyulun 22-nə təyin edilib.

Qeyd edək ki, hadisə Nərimanov rayonu ərazisində, Aşıq Alı küçəsi 3 ünvanında baş verib. 45 yaşlı E.Həbibov yaşadıqları binanın həyətində qardaşı, 43 yaşlı Əbülfət Həbibovla mübahisə edib. Mübahisə zamanı E.Həbibov üzərində gəzdirdiyi bıçaqla qardaşına bir neçə zərbə endirib. O, Ə.Həbibovun başına armatur parçası ilə də dəfələrlə zərbə vurub. Nəticədə 43 yaşlı Ə.Həbibov hadisə yerində dünyasını dəyişib. Qardaşını amansızlıqla qətlə yetirən E.Həbibov saxlanılıb. Nərimanov Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Prokurorluqdan, həmçinin E.Həbibovun ruhi xəstə olduğu bildirilib. Onun qətlə yetirdiyi qardaşının da psixi problemləri olub. Həmin şəxslərin daha bir qardaşı isə bir neçə il əvvəl özünü yaşadıqları mənzilin eyvanından ataraq intihar edib.

Son xəbərlər

Orphus sistemi