Prokuror İŞİD-in tərkibində döyüşən azərbaycanlıya ağır cəza verilməsini istəyib

Prokuror İŞİD-in tərkibində döyüşən azərbaycanlıya ağır cəza verilməsini istəyib Elşən Adilov iki il Suriya və İraqda silahlı qarşıdurmada iştirak edib
Hadisə
7 Dekabr , 2015 14:47
Prokuror İŞİD-in tərkibində döyüşən azərbaycanlıya ağır cəza verilməsini istəyib

Bakı. 7 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyaya qanunsuz olaraq gedərək orada terror təşkilatına qoşulmaqda təqsirləndirilən Elşən Adilovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

"Report"un məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror məhkəmədə təqsirləndirilən şəxsin 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Növbəti proses dekabrın 14-nə təyin edilib.

Qeyd edək ki, Elşən Adilov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriyanın və İraqın ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti” (İŞİD) terrorçu təşkilatının fəaliyyətində iştirak edib.

Son xəbərlər

Orphus sistemi