Prokuror Bakıda iki nəfəri bıçaqlayan şəxsə ağır cəza verilməsini istəyib

Prokuror Bakıda iki nəfəri bıçaqlayan şəxsə ağır cəza verilməsini istəyib Məhkəmənin növbəti iclası mayın 24-nə təyin edilib
Hadisə
19 May , 2016 11:27
Prokuror Bakıda iki nəfəri bıçaqlayan şəxsə ağır cəza verilməsini istəyib

Bakı. 19 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Nahid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

N.Əliyevin vəkili müdafiə çıxışı etmək üçün vaxt istəyib. 

Məhkəmənin növbəti iclası mayın 24-nə təyin edilib.

Qeyd edək ki, cinayət hadisəsi 2015-ci il sentyabrın 13-də Tbilisi prospektində baş verib. Xırdalan şəhər sakini, 1980-ci il təvəllüdlü Rasim Hüseynova və Zaur Rzayevə bıçaqla ağır bədən xəsarəti yetirilib. Xəstəxanaya çatdırılan yaralıların həyatını xilas etmək mümkün olub. Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 20-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Şirvan şəhər sakini, 1980-ci il təvəllüdlü N.Əliyev tutulub.

Son xəbərlər

Orphus sistemi