Prokuror Bakıda bir neçə cinayət törədən dəstə üzvlərinə ümumilikdə 30 il cəza istəyib

Prokuror Bakıda bir neçə cinayət törədən dəstə üzvlərinə ümumilikdə 30 il cəza istəyib Məhkəmənin növbəti prosesi oktyabrın 20-nə təyin edilib
Hadisə
13 Oktyabr , 2016 12:56
Prokuror Bakıda bir neçə cinayət törədən dəstə üzvlərinə ümumilikdə 30 il cəza istəyib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda, dələduzluqda, hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Hikmət İsgəndərov, Qafar Bağırbəyov, Rauf Əlimuxtarov və İbadulla Əlimuxatrovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında H.İsgəndərovun 10 il, Q.Bağırbəyovun 12 il, R.Əlimuxtarovla İ.Əlimuxatrovun isə hər birinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri müdafiə edən vəkillər çıxış ediblər. Onlar hüquqlarını müdafiə etdikləri şəxslərə yüngül cəzalar verilməsini istəyiblər.

Məhkəmənin növbəti prosesi oktyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı dəstə üzvləri H.İsgəndərov, Q.Bağırbəyov, R.Əlimuxtarov və İ.Əlimuxatrov qardaşları saxlanılıblar. İlkin dindirilmə zamanı dəstənin başçısı əvvəllər məhkum olunmuş, Yasamal rayon sakini 18 yaşlı H.İsgəndərov Bədəlov Əli Mahmud oğluna və Süleymanov Fuad Əli oğluna qarşı bıçaqla hədələməklə soyğunçuluq etdiyi məlum olub.

Bundan başqa, dəstə üzvləri Yasamal rayonu, Şərifzadə küçəsində avtobus sürücüsü və onun köməkçisini döyərək ağır bədən xəsarətlərini yetirdiklərini də etiraf ediblər. Onlar Orucov Şamxal İbrahim oğlundan ona məxsus mobil telefonu dələduzluq yolu ilə ələ keçiriblər.

İstintaq zamanı H.İsgəndərovun telefonuna baxış keçirərkən onun cinayət əməllərini mobil telefonuna çəkdiyi də məlum olub.

Son xəbərlər

Orphus sistemi