Prokuror Aytac Babayevanı öldürən şəxsə 20 il həbs cəzası verilməsini istəyib

Prokuror Aytac Babayevanı öldürən şəxsə 20 il həbs cəzası verilməsini istəyib Məhkəmənin növbəti prosesi noyabrın 20-də keçiriləcək
Hadisə
17 Noyabr , 2015 16:28
Prokuror Aytac Babayevanı öldürən şəxsə 20 il həbs cəzası verilməsini istəyib

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Aytac Babayevanı öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report” xəbər verir ki, Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə A.Babayevanın anası İ.Hüseynova ömürlük həbs cəzası verilməsini istəyib.

Daha sonra dövlət ittihamçısı çıxış edib. O, İ.Hüseynovun 20 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Məhkəmənin növbəti prosesi noyabrın 20-də keçiriləcək.

Qeyd edək ki, bu il aprel ayının 29-da Nizami rayonunun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı - 1998-ci il təvəllüdlü, 58 saylı orta məktəbinin 11-ci sinif şagirdi olan Aytac Babayevanı qətlə yetirib. Hadisə sevgililər arasında yaranan şəxsi münasibətlər zəminində baş verib.

Son xəbərlər

Orphus sistemi