Porkuror Sumqayıtda həmyerlisini döyərək qətlə yetirməkdə təqsirləndirilən şəxsə cəza istəyib

Porkuror Sumqayıtda həmyerlisini döyərək qətlə yetirməkdə təqsirləndirilən şəxsə cəza istəyib Zərərçəkmişin hüquqi varisi çıxışında təqsirləndirilən şəxsə ömürlük həbs cəzasının verilməsini tələb edib
Hadisə
22 Sentyabr , 2016 12:21
Porkuror Sumqayıtda həmyerlisini döyərək qətlə yetirməkdə təqsirləndirilən şəxsə cəza istəyib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elman Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında E.Əhmədovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmişin hüquqi varisi çıxışında təqsirləndirilən şəxsə ömürlük həbs cəzasının verilməsini tələb edib.

E.Əhmədovun vəkili müdafiə çıxışında müvəkkikinə bəraət hökmünün çıxarılmasını istəyib.

Təqsirləndirilən şəxs çıxış üçün vaxt istəyib.

Proses sentyabrın 27-də davam etdiriləcək.

Qeyd edək ki, Sumqayıt şəhərində şəhər sakini Gülnaz Dadaşova müəyyən edilməmiş avtomobillə vurulub və o, hadisə yerində ölüb. Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşları tərəfindən Gülnaz Dadaşovanın münaqişə zəminində həmyerlisi Elman Əhmədov tərəfindən döyülərək qətlə yetirilməsi müəyyən edilib və həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elman Əhmədov tutulub. O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi