​Polis Qazaxda qadın meyitinin tapılması hadisəsi ilə bağlı əhaliyə müraciət edib

​Polis Qazaxda qadın meyitinin tapılması hadisəsi ilə bağlı əhaliyə müraciət edib Onu tanıyanlardan DİN-in “102” Xidmətinə məlumat vermələri xahiş olunur
Hadisə
20 İyun , 2016 11:07
​Polis Qazaxda qadın meyitinin tapılması hadisəsi ilə bağlı əhaliyə müraciət edib

Bakı. 20 iyun. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Qazax rayonunda meyit tapılması ilə bağlı rəsmi məlumat yayıb.

DİN-in mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, iyunun 19-da səhər Ağstafa çayının Qazax rayonunun Xanlıqlar kəndinin ərazisindən keçən hissəsində üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan 25-30 yaşlarında naməlum qadın meyiti aşkar edilib.

Meyitin xarakterik əlamətləri aşağıdakılardır: Boyu 1 metr 60 santimetr, saçı və gözləri qara rəngli, orta köklükdədir, göbək nahiyəsində cərrahiyyə əməliyyatının izləri var.

Fotoşəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və ya kimliyi barədə hər hansı məlumatı olanlardan DİN-in “102” Xidmətinə, həmçinin (022) 295-14-97 nömrəli şəhər, eyni zamanda, (050) 392-02-21, (055) 221-52-48 və (050) 366-66-62 nömrəli mobil telefonlara zəng edərək Qazax Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi