Polis əməkdaşlarına atəş açmaqda təqsirləndirilən şəxs apellyasiya şikayəti verib

Polis əməkdaşlarına atəş açmaqda təqsirləndirilən şəxs apellyasiya şikayəti verib İşə hakim Camal Ramazanovun sədrliyi ilə baxılacaq
Hadisə
2 May , 2016 13:17
Polis əməkdaşlarına atəş açmaqda təqsirləndirilən şəxs apellyasiya şikayəti verib

Bakı. 2 may. REPORT.AZ/ Bakıda polis əməkdaşlarını öldürməyə cəhd etməkdə təqsirləndirilən 1989-cu il təvəllüdlü Elvin Məmmədov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas mayın 4-nə təyin edilib.

İşə hakim Camal Ramazanovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, E.Məmmədov əvvələr oğurluq hadisəsi törətdiyi üçün Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 il müddətinə şərti cəza alıb. Hökmlə razılaşmayan prokurorluq protest verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun barəsində seçilmiş şərti cəza həbs qətimkan tədbiri ilə dəyişdirilib. Onun barəsində daha bir cinayət əməli aşkarlanıb.

İttiham aktına əsasən, E.Məmmədov 2015-ci ildə onu tutmaq istəyən Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına atəş açıb. O, hadisə yerindən qaçıb.

E.Məmmədov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 29,120.2.3. (qəsdən adam öldürməyə cəhd, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29,120.2.4-cü (qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.7-ci (qəsdən adam öldürməyə cəhd, iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunub.

Bu il mart ayının 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məmmədov 17 il müddətinə azadlqıdan məhrum edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi Mehman Əliyevin apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi