Polis əməkdaşları Bakı sakinini intihar fikrindən daşındırıb

Polis əməkdaşları Bakı sakinini intihar fikrindən daşındırıb 23 yaşlı oğlan özünü 16-cı mərtəbədən atmaq istəyib
Hadisə
27 Sentyabr , 2016 15:07
Polis əməkdaşları Bakı sakinini intihar fikrindən daşındırıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bakıda 23 yaşlı oğlan intihara cəhd edib.

“Report”un xəbərinə görə, Binə qəsəbəsində kirayə yaşayan 1993-cü il təvəllüdlü Həsən Cavadzadə intihar məqsədi ilə Nizami rayonu Ə.Hacıyev küçəsi ev 46 ünvanında yerləşən 16 mərtəbəli yeni tikilinin damından özünü atmaq istəyib.

Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları dərhal hadisə yerinə cəlb olunub. Polislər H.Cavadzadə ilə söhbət apararaq onu intihar etmək fikrindən daşındırıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi