​Bakı metrosunda sərxoş sərnişin polis əməkdaşına xəsarət yetirib

​Bakı metrosunda sərxoş sərnişin polis əməkdaşına xəsarət yetirib Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır
Hadisə
13 Noyabr , 2015 13:58
​Bakı metrosunda sərxoş sərnişin polis əməkdaşına xəsarət yetirib

Bakı. 13 noyabr. REPORT.AZ/ Bakı Metropolitenin "28 May" stansiyasında sərxoş sərnişinlə polis əməkdaşı arasında insident baş verib.

"Report"un xəbərinə görə, Bakı sakini 1982-ci il təvəllüdlü İnqilab Bədəlov sərxoş halda metroda gediş qaydalarını pozub və xidmətdə olan polis serjantı 1984-cü il təvəllüdlü Elçin Xalıqovun qanunu tələblərinə məhəl qoymayıb. Sərxoş sərnişin polis əməkdaşını nalayiq söyüşlərlə təhqir edib. Bundan sonra İ.Bədəlov E.Xalıqovun sifətinə yumruqla vuraraq ona xəsarət yetirib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi