Polis əməkdaşı yazıçı Fərman Kərimzadənin oğlunun məhkəməsinə məcburi gətiriləcək

Polis əməkdaşı yazıçı Fərman Kərimzadənin oğlunun məhkəməsinə məcburi gətiriləcək Cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib
Hadisə
17 Oktyabr , 2016 12:03
Polis əməkdaşı yazıçı Fərman Kərimzadənin oğlunun məhkəməsinə məcburi gətiriləcək

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid Sahil Heydərov ifadə verib.

O, Ə.Kərimzadənin məhkəmə iclaslarına vəkil kimi çıxdığını bildirib: "Ona işlə bağlı pul vermişdim. Daha sonra Əziz müəllim həmin pulları geri qaytardı".

Daha sonra məhkəmə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşı İlkin Mehtiyevin məhkəmədə şahid qismində ifadə verməsi üçün məcburi gətirilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, Ə.Kərimzadə 4 nəfər vətəndaşın ümumilikdə 60 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Daha sonra isə məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Ə.Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Ə.Kərimzadə onun 12 min manat pulunu mənimsəyib. 2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində, Ə.Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar. Məhkəmə hökm zamanı təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəmələrini yüngülləşdirici hal kimi qiymətləndirib.

Ə.Kərimzadə Azərbaycanın tanınmış yazıçısı Fərman Kərimzadənin oğludur.

Son xəbərlər

Orphus sistemi