Polis Bakıda iki ayağı olmayan şəxsi tutub

Polis Bakıda iki ayağı olmayan şəxsi tutub O, vətəndaşların etibarından istifadə edərək onların pullarını mənimsəməkdə ittiham olunur
Hadisə
26 Dekabr , 2014 16:00
Polis Bakıda iki ayağı olmayan şəxsi tutub

Bakı. 26 dekabr. REPORT.AZ/ Bakıda dələduzluq etdiyinə görə axtarışda olan şəxs tutulub. Nizami Rayon Polis İdarəsindən "Report"a verilən məlumata görə, Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə axtarışda olan, əvəllər məhkum olunan, 56 yaşlı Hüseynov Yusif Rza oğlu saxlanılıb. O, vətəndaşların etibarından istifadə edərək onların pullarını mənimsəməkdə ittiham olunur.

Qeyd edək ki, Y.Hüseynov I qrup əlildir. Onun hər iki ayağı amputasiya olunub.

Son xəbərlər

Orphus sistemi