Bakıda piyadanı vuran avtobus sürücüsü həbs edilib

Bakıda piyadanı vuran avtobus sürücüsü həbs edilib Hazırda iş üzrə istintaq davam etdirilir
Hadisə
26 Yanvar , 2015 17:30
Bakıda piyadanı vuran avtobus sürücüsü həbs edilib

Bakı. 26 yanvar. REPORT.AZ/ Bakının Sabunçu rayonunun hüquq-mühafizə orqanları tərəfindən “isti izlər"lə həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin olunub. 

“Report”un xəbərinə görə, Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun yaydığı birgə məlumatda bildirilib.

Belə ki, yanvarın 26-da saat 07 radələrində rayonun Bakıxanov qəsəbəsində naməlum avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq yolu keçmək istəyən piyada 1950-ci il təvəllüdlü Mahmudova Pəri Əyyub qızını vurub hadisə yerindən qaçması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin “Daewo” markalı “10-TE-437” dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü 1955-ci il təvəllüdlü Tağızadə Rafael Tağı oğlu tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan o, tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi