Pirotexniki vasitələrin sərhəddən qanunsuz keçirilməsinin qarşısı alınıb

Pirotexniki vasitələrin sərhəddən qanunsuz keçirilməsinin qarşısı alınıb Faktla bağlı araşdırma aparılır
Hadisə
25 Yanvar , 2016 15:50
Pirotexniki vasitələrin sərhəddən qanunsuz keçirilməsinin qarşısı alınıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Gömrükçülər 1940 qutu pirotexniki vasitənin qaçaqmalçılıq yoluyla ölkə ərazisinə keçirilməsinin qarşısını alıb. Bu barədə "Report"a DGK Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn, Gürcüstan Respublikasının Bolnisi rayonunun Həsənxocalı kəndinin sakini Səfərov Afət Polad oğlunun idarə etdiyi “Mercedes Benz” sprinter markalı SS519OO dövlət nömrəli nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlamadan əvvəl nəqliyyat vasitəsinin sürücüsü Səfərov Afət Polad oğlu idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan ediləsi hər hansı predmetin olub-olmaması barədə şifahi olaraq sorğu-sual edilib. Sürücü gömrükçülərə nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirib. Ancaq nəqliyyat vasitəsi Skanlaşdırma Şöbəsinin HCVG rentgen yoxlama baxış sistemindən keçirilən zaman avtomobilin tavan hissəsində xüsusi olaraq düzəldilmiş gizli saxlanc yerindən 1940 qutu pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi