Peruda avtobus dərəyə aşıb, 24 nəfər ölüb, 29 nəfər yaralanıb

Peruda avtobus dərəyə aşıb, 24 nəfər ölüb, 29 nəfər yaralanıb Əlverişsiz iqlim şəraiti xilasedicilərin işini çətinləşdirib
Hadisə
17 Aprel , 2016 06:08
Peruda avtobus dərəyə aşıb, 24 nəfər ölüb, 29 nəfər yaralanıb

Bakı. 17 aprel. REPORT.AZ/Peruda avtobusun dərəyə aşması nəticəsində 24 nəfər ölüb, 29 nəfər ağır yaralanıb.

"Report" xəbər verir ki, hadisə ölkənin mərkəzi regionu Paskoda baş verib. Sərnişinlə dolu avtobus 30 metr hündürlükdən uçuruma yuvarlanıb.

"Foro TV"nin yaydığı məlumata görə, yaralıların bir qismi xilas edilib. Lakin ərazidəki əlverişsiz iqlim şəraiti xilasedicilərin işini çətinləşdirib. Hadisənin baş verdiyi yerdə duman olması yaralı sərnişinlərin xilas edilməsində maneələr yaradır.  

Son xəbərlər

Orphus sistemi