Penitensiar Xidmət rəisinin müavini: "Leyla Yunus kimdir ki, onu beynəlxalq aləmdə tanısınlar?!"

Penitensiar Xidmət rəisinin müavini: "Leyla Yunus kimdir ki, onu beynəlxalq aləmdə tanısınlar?!" "Onlar xarici kəşfiyyata işləyir"
Hadisə
20 Yanvar , 2015 13:03
Penitensiar Xidmət rəisinin müavini: Leyla Yunus kimdir ki, onu beynəlxalq aləmdə tanısınlar?!

Bakı. 20 yanvar. REPORT.AZ/ Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəhbərliyi Leyla Yunusun saxlanma şəraiti ilə bağlı növbəti açıqlama verib. “Report”un xəbərinə görə, Penitensiar Xidmət rəisinin müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov jurnalistlərin sualına cavabında deyib ki, Azərbaycanda məhkumların saxlanması ilə bağlı heç bir problem ola bilməz: “Leyla Yunus kimdir ki, onu beynəlxalq aləmdə tanısınlar?! Onun hay-küy salması, nəsə deməsi göstərir ki, həbsxanalarda heç bir təzyiq göstərilmir. Leyla Yunus və onun kimilərinin fəaliyyətindən görünür ki, onlar xarici kəşfiyyata işləyir”.

Son xəbərlər

Orphus sistemi