Bakı Nəqliyyat Agentliyi: Paytaxtdakı ağır yol qəzası “Shacman” yük avtomobilinin sürət həddini aşması səbəbindən baş verib

Bakı Nəqliyyat Agentliyi: Paytaxtdakı ağır yol qəzası “Shacman” yük avtomobilinin sürət həddini aşması səbəbindən baş verib Yük avtomobilinin dövlət nömrə nişanı nəqliyyat vasitəsinin üzərindən çıxarılıb
Hadisə
17 İyul , 2016 16:06
Bakı Nəqliyyat Agentliyi: Paytaxtdakı ağır yol qəzası “Shacman” yük avtomobilinin sürət həddini aşması səbəbindən baş verib

Bakı. 17 iyul. REPORT. AZ/ "Paytaxtın Suraxanı rayonu Heydər Əliyev prospektində müntəzəm sənişin daşınma fəaliyyəti göstərən “Ayşən LTD” MMC-nin müvəqqəti istismarında olan 171 saylı marşrut xətt üzrə xidmət göstərən 10 TF 993 dövlət qeydiyyat nişanlı «Daewoo» markalı avtobus və “Shacman” markalı yük avtonəqliyyat vasitəsinin iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verəndən dərhal sonra Bakı Nəqliyyat Agentliyinin məsul şəxsləri hadisə yerinə gəlib. Hüquq mühafizə orqanı əməkdaşları ilə birgə hadisə yerinə keçirilən ilk baxış zamanı “Shacman” markalı yük avtomobilinin dövlət nömrə nişanın nəqliyyat vasitəsinin üzərindən çıxarılaraq götürüldüyü müəyyən edilib".

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən "Report"a daxil olmuş açıqlamada bu barədə bildirilir.

"Məlumat üçün bildiririk ki, hadisə şahidlərinin ilkin dindirilməsi zamanı məlum olub ki, qəza “Shacman” markalı yük avtomobilinin sürət həddini aşması səbəbindən baş verib. Belə ki yüksək sürətlə hərəkətdə olan yük avtomobili arxadan 171 saylı sərnişin avtobusuna çırpilib. Nəticədə avtobus aşıb. Həmin vaxt yolda hərəkətdə olan VAZ 2107 markalı minik avtomobili də aşan avtobusa çırpılıb.

Xəsarət alanların səhhəti və müalicəsi ilə yerində maraqlanmaq üçün Bakı Nəqliyyat Agentliyinin rəhbərliyi eləcə də daşıyıcı şirkətin nümayyəndələri müalicə müəsissəsində olub. Xüsusi olaraq vurğülamaq istərdik ki, Bakı Nəqliyyat Agentliyi xəsarət alanların müalicəsini diqqətdə saxlayır.

Hazırda baş vermiş ağır yol nəqliyyat hadisəsi ilə hüquq mühafizə orqanları araşdırma aparır. Hadisənin dəqiq baş vermə səbəbi də bu araşdırmalardan sonra məlum olacaq"- deyə açıqlamada qeyd olunur.

Qeyd edək ki, bu gün saat 08:00 radələrində Bakı şəhəri Suraxanı rayonu Heydər Əliyev prospektində müntəzəm sənişin daşınma fəaliyyəti göstərən “Ayşən LTD” MMC-nin müvəqqəti istismarında olan 171 saylı marşrut xətt üzrə xidmət göstərən 10 TF 993 dövlət qeydiyyat nişanlı «Daewoo» markalı avtobus və “Shacman” markalı yük avtonəqliyyat vasitəsinin iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Son xəbərlər

Orphus sistemi