Paytaxtda yanğın baş verib, 1 nəfər xəsarət alıb

Paytaxtda yanğın baş verib, 1 nəfər xəsarət alıb İkimərtəbəli 3 otaqlı ev yanıb
Hadisə
5 Sentyabr , 2016 08:37
Paytaxtda yanğın baş verib, 1 nəfər xəsarət alıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Paytaxtın Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 112 m² olan ikimərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. 

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın saat 02:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Son xəbərlər

Orphus sistemi