Paytaxtda silsilə oğurluq törətmiş şəxsə hökm oxunub

Paytaxtda silsilə oğurluq törətmiş şəxsə hökm oxunub Kamran Muradov məhkəmənin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
14 İyul , 2016 14:35
Paytaxtda silsilə oğurluq törətmiş şəxsə hökm oxunub

Bakı. 14 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində silsilə oğurluqda təqsirləndirilən Kamran Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report"un məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Muradov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsinn (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini K.Muradov martın 17-də yaxalanıb.

Müəyyən edilib ki, K.Muradov 2011-ci il iyulun 1-də Bünyatov küçəsində yaşayan Hakim Namazovun evindən açar seçmə yolu ilə 1 500 manat dəyərində qızıl-zinət əşyaları, sentyabrın 7-nə keçən gecə Sabunçu qəsəbə sakini Nurəddin Səlimovun evindən pəncərənin dəmir barmaqlıqlarını kəsmə yolu ilə mobil telefon və qızıl-zinət əşyaları, oktyabrın 4-də Ramana qəsəbəsində yaşayan Nizami İsmayılovun evindən pənəcərədən keçmə yolu ilə 200 manat, eyni ünvanda yaşayan qardaşı Siyafət İsmayılovun evindən isə DVD və  000 manat dəyərində qızıl-zinət əşyaları, bir ay sonra Sabunçu qəsəbəsi Y.Saratov küçəsində yaşayan Rəşad Qasımovun evindən açar seçmə yolu ilə 1 600 manat və gümüş əşyalar, dekabrın 8-nə keçən gecə isə Sabunçu qəsəbəsi Elnarə Məmmədovanın evindən pənəcərədən keçmə yolu ilə 1 800 manat və qızıl-zinət əşyaları oğurlayıb.

K.Muradov fevral və mart aylarında da oğurluq planını həyata keçirib. O, fevralın 9-da Q.Vəzirov küçəsində yaşayan Araz Qaralovun evindən pəncərəni sındırma yolu ilə qızıl-zinət əşyaları və məişət əşyaları, fevralın 21-də Balaxanı qəsəbəsində yaşayan İlqar Abdullayevin evindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə gödəkçə, fevralın 19-dan 26-dək olan müddətdə Mədən küçəsində yaşayan Sədaqət Paşayevanın evindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə televizor, noutbuk və modem, martın 7-də E.Mehdiyev küçəsində yaşayan Füzuli Cəlilovun evindən pəncərədən keçmə yolu ilə 600 manat və 7 800 ABŞ dolları, martın 3-də isə İİR vətəndaşı Hümən Fərzanəyə məxsus, E.Mehdiyev küçəsində yerləşən fabrikdən pəncərədən keçmə yolu ilə 6 ədəd kompüter oğurlayıb.

Son xəbərlər

Orphus sistemi