Bakı. 12 fevral. REPORT.AZ/ Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" Sabunçu rayon Polis İdarəsinə istinadən xəbər verir ki, Mehralı Aşurov idarə etdiyi "Lexus" markalı avtomobil ilə Maştağa qəsəbəsindən üzü şəhər istiqamətində yüksək sürətlə hərəkətdə olarkən, yolu keçmək istəyən naməlum şəxsi vurub.
Piyadanı vuran sürücü onu avtomobili ilə xəstəxanaya çatdırıb. Xəstəxanadan verilən məlumata görə, yaralı tibb müəssisəsinə içkili vəziyyətdə gətirilib. O, vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.
Qəzanı törədən M.Aşurov ifadasi alınması üçün Sabunçu rayon Polis İdarəsinə, avtomobil isə cərimə meydançasına aparılıb.