​Paytaxtda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

​Paytaxtda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib Əməliyyat saat 05:47-də başa çatmışdır
Hadisə
28 Dekabr , 2014 06:49
​Paytaxtda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Bakı. 28 dekabr. REPORT.AZ/ Bakı şəhəri, Sabunçu rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb edilmişdir.

Xilasedicilər liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar.

Əməliyyat saat 05:47-də başa çatmışdır.

Son xəbərlər

Orphus sistemi