​Paytaxtda ata ilə oğulu elektrik cərəyanı vurub

​Paytaxtda ata ilə oğulu elektrik cərəyanı vurub Hadisə elektirik naqilinin qırılaraq yerə düşməsi nəticəsində baş verib
Hadisə
22 Aprel , 2015 06:38
​Paytaxtda ata ilə oğulu elektrik cərəyanı vurub

Bakı. 22 aprel. REPORT.AZ/ Bu gün gecə saatlarınada Pirallahi rayonunda bədbəxt hadisə baş verib.

“Report”un məlumatına görə, 15 yaşlı Məmmədzadə Orxan Əlisahib oğlu elektik cərəyanı vurma diaaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib.

O. Məmmədzadə ailə üzvləri ilə birlikdə həyətyanı sahələrində olan zaman elektirik naqili qırılaraq onun üstünə düşüb. Orxanın atası Əlisahib Məmmədzadə oğluna kömək etmək istəyən zaman elektirik cərəyanı onu da vurub. Xəstəxanadan O. Məmməzadənin vəziyyətinin orta ağır oluduğu bildirilib. Ə. Məmmədzadəyə isə ilkin tibbi yardım göstərildikdən sonra o, ambulator müalicəyə buraxılıb.

Hadisə ilə bağlı araşdırma aparır. 

Son xəbərlər

Orphus sistemi