​Paytaxtda ana və balanı maşın vurub: ana ölüb, qız sağ qalıb

​Paytaxtda ana və balanı maşın vurub: ana ölüb, qız sağ qalıb Hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb
Hadisə
11 Fevral , 2015 02:58
​Paytaxtda ana və balanı maşın vurub: ana ölüb, qız sağ qalıb

Bakı. 11 fevral. REPORT.AZ/ Paytaxtın Nərimanov rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" Nərimanov rayon Polis İdarəsinə (NRPİ) istinadən xəbər verir ki, Ziya Bünyadov prospekti ilə Koroğlu metrostansiyası istiqamətində hərəkətdə olan "Opel" markalı avtomobil yolu keçmək istəyən piyadalar Vəfa Sadıqova və 12 yaşlı qızı Fərqanəni vurub.

Ana aldığı bədən xəsarətlərindən hadisə yerində keçinib. Qızı Fərqanə Sadıqova isə xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən sürücü NRPİ əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 - yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində ehtiyatsızlıqdan zərərçəkən şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.

İstintaq əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi