Bakı. 14 oktyabr. REPORT.AZ/ Yasamal rayonunda azyaşlı kimyəvi maddələrdən zəhərlənib.
"Report" xəbər verir ki, oktyabrın 13-də Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Adəm Əbülfətov Həsən bəy Zərdabi küçəsi, 593-cü məhəllənin qarşısından kimyəvı zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə daxil olub. Hazırda xəstənin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.