Paytaxt yaxınlığında piyada qəza zamanı ölüb

Paytaxt yaxınlığında piyada qəza zamanı ölüb 50-55 yaşlarında kişi “Mercedes” markalı maşın tərəfindən vurulub
Hadisə
6 Mart , 2015 04:14
Paytaxt yaxınlığında piyada qəza zamanı ölüb

Bakı. 6 mart. REPORT.AZ/ Bakı-Quba yolunda, Ekologiya postunun yanında piyadanın ölümünə səbəb olan qəza baş verib.

“Report”un məlumatına görə, qəza zamanı şəxsiyyəti tam məlum olmayan təxminən 50-55 yaşlarında kişi “Mercedes” markalı maşın tərəfindən vurulub. Qəza nəticəsində piyada hadisə yerində dünyasını dəyişib.

Qəza ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma başlanılıb. Qəzanın səbəbləri və ölən şəxsin kimliyi bu araşdırmalardan sonra məlum olacaq.

Son xəbərlər

Orphus sistemi