​Paytaxt sakini evində halsız vəziyyətdə tapılıb

​Paytaxt sakini evində halsız vəziyyətdə tapılıb Xilasetmə qüvvələri hadisə yerinə cəlb edilərək mənzilin giriş qapısını açıblar
Hadisə
21 Fevral , 2016 23:29
​Paytaxt sakini evində halsız vəziyyətdə tapılıb

Bakı. 21 fevral. REPORT.AZ/ Axşam saatlarında paytaxtın Nərimanov rayonunda mənzildə bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, qurumun xilasetmə qüvvələri hadisə yerinə cəlb edilərək mənzilin giriş qapısını açıb və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 21:39-da başa çatmışdır.

Son xəbərlər

Orphus sistemi