​Paytaxt sakini evində halsız vəziyyətdə tapılıb

​Paytaxt sakini evində halsız vəziyyətdə tapılıb Vətəndaş TTYS əməkdaşlarına təhvil verilib
Hadisə
13 Noyabr , 2015 20:50
​Paytaxt sakini evində halsız vəziyyətdə tapılıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Axşam saatlarında Bakının Yasamal rayonunda mənzildə 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, qurumun xilasetmə qüvvələri hadisə yerinə cəlb edilərək mənzilin giriş qapısını açıb və halsız vəziyyətdə olan 1 vətəndaşı Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına, 1 vətəndaşı isə aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 18:26-da başa çatıb.

Son xəbərlər

Orphus sistemi