Paytaxt sakini evində halsız vəziyyətdə tapılıb

Paytaxt sakini evində halsız vəziyyətdə tapılıb Xilasedicilər halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil veriblər
Hadisə
13 Fevral , 2016 19:13
Paytaxt sakini evində halsız vəziyyətdə tapılıb

Bakı. 13 fevral. REPORT.AZ/ Axşam saatlarında Bakının Səbail rayonunda mənzildə bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, qurumun xilasetmə qüvvələri hadisə yerinə cəlb edilərək mənzilin giriş qapısını açıb və halsız vəziyyətdə olan 1 vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi