Şirvanda zavodda partlayış olub, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB-2

Şirvanda zavodda partlayış olub, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB-2 Müdafiə Sənayesi Nazirliyi rəsmi məlumat yayacaq
Hadisə
26 İyul , 2016 16:10
Şirvanda zavodda partlayış olub, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB-2

Bakı. 26 iyul. REPORT.AZ/ Bu gün saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan ”Araz” zavodunda hadisə baş verib.

Bu barədə “Report”a MSN-dən bildirilib.

Baş vermiş hadisə ilə bağlı Müdafiə Sənayesi Nazirliyi tərəfindən rəsmi məlumat veriləcək.

***

Şirvan. 26 iyul. REPORT.AZ/ Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 6 yaralı gətirilib.

Bu barədə “Report”un bölgə müxbirinə xəstəxanadan məlumat verilib.

*** 15:55

Bakı. 26 iyul. REPORT.AZ/ Müdafiə Sənayesi Nazirliyindən “Report”a bildirilib ki, hadisə barədə nazirlikdə məlumat var: “Hazırda bununla bağlı araşdırma aparılır”.

“Report”un bölgə müxbiri isə bildirir ki, artıq hadisə yerinə xeyli sayda təcili tibbi yardım avtomobili cəlb olunub. 

*** 15:43

Şirvan. 26 iyul. REPORT.AZ/ Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda güclü partlayış olub.

“Report”un xəbərinə görə, hadisə nəticəsində ölən və yaralananlar var.

Hadisənin təfərrüatları barədə əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi