Sumqayıtda partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar satışdan çıxarılıb

Sumqayıtda partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar satışdan çıxarılıb Şəhər sakinlərindən 89 min ədəd yüksək səsyayıcı qabiliyyətə malik məmulatlar götürülüb
Hadisə
27 Dekabr , 2014 16:33
Sumqayıtda partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar satışdan çıxarılıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Sumqayıt şəhərində yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində səyyar satışla məşğul olan şəhər sakinləri - Azər Məmmədovdan, Elvin Alıyevdən və Mübariz Zeynalovdan ümumilikdə 89 min ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar aşkar edilərək müsadirə olunub.

Son xəbərlər

Orphus sistemi