​Ötən ilin dekabrında oğurlanan azərbaycanlı biznesmen girovluqdan qaçıb - FOTO

​Ötən ilin dekabrında oğurlanan azərbaycanlı biznesmen girovluqdan qaçıb - FOTO Canilər onun azad olunması üçün 10 milyon avro tələb edirdilər
Hadisə
29 Yanvar , 2016 05:30
​Ötən ilin dekabrında oğurlanan azərbaycanlı biznesmen girovluqdan qaçıb - FOTO

Bakı. 29 yanvar. REPORT.AZ/ Rusiyanın Tolyatti şəhərindən olan və 2015-ci ilin dekabrında oğurlanan azərbaycanlı sahibkar Kamal Quliyevin xilas olmasının bəzi təfərrüatları ortaya çıxıb.

"Report" "Samarskoe obozrenie" qəzetinə istinadən xəbər verir ki, K.Quliyev Penzada tapılıb.

Qəzet yazır ki, sahibkar özü girovluqdan qaçmağa müvəffəq olub.

Rusiya Daxili İşlər Nazirliyinin Tolyatti şəhəri üzrə İdarəsinin rəis müavini Aleksandr Kizyanın verdiyi məlumata görə, cinayət işinin üstü açılıb və üç nəfər saxlanılıb. Bunlar Saratov vilayətində yaşayan əslən azərbaycanlı M.B.Qurbanov və Məmmədov soyadlı ata və oğuldur.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 62-ci maddəsi üzrə cinayət işi açılıb.

Kamal Quliyev dekabrın 18-də Tolyattinin "Olimp" İdman Kompleksinin avtomobil dayanacağından oğurlanıb. Onu girov götürən şəxslər zərərçəkənin azad olunması üçün qohumlarından 10 milyon avro pul tələb ediblər. Lakin onlar bu pulu ala bilməyiblər.

Son xəbərlər

Orphus sistemi