Ötən il ölümlə nəticələnən 14 yol-nəqliyyat hadisəsinin üstü açılmayıb

Ötən il ölümlə nəticələnən 14 yol-nəqliyyat hadisəsinin üstü açılmayıb 2015-ci ildə yol-nəqliyyat hadisələrinin sayı azalıb
Hadisə
5 Fevral , 2016 19:06
Ötən il ölümlə nəticələnən 14 yol-nəqliyyat hadisəsinin üstü açılmayıb

Bakı. 5 fevral. REPORT.AZ/ Ötən il Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrindən 14-nün üstü açılmayıb.

"Report" xəbər verir ki, bunu fevralın 5-də Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2015-ci ildə görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclasıında baş prokuror Zakir Qaralov deyib. 

Baş prokuror bildirib ki, həyata keçirilən profilaktiki tədbirlər nəticəsində 2014-cü ilə nisbətən hesabat dövründə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı 415 fakt, həmin hadisələr nəticəsində ölənlərin sayı 230 fakt və xəsarət alanların sayı 411 fakt, habelə bağlı qalan hadisələrin sayı 14 fakt azalıb. Ölümlə nəticələnmiş yol-nəqliyyat hadisələrindən 14-ü, o cümlədən Gəncə və Şirvan şəhərləri, Xətai, Hacıqabul, Samux və İmişli rayonlarının hər birində 1, Baş Dövlət Yol polis idarəsinin yol-patrul xidməti alayının xidmət etdiyi ərazidə 6 və Sabunçu rayonu ərazisində isə qeydə alınmış 2 hadisə bağlı qalıb.

Son xəbərlər

Orphus sistemi