Ötən həftə Azərbaycanda axtarışda olan 93 nəfər saxlanılıb

Ötən həftə Azərbaycanda axtarışda olan 93 nəfər saxlanılıb Həmin müddətdə narkotiklərlə əlaqəli 51 fakt müəyyən edilib
Hadisə
17 Noyabr , 2014 17:37
Ötən həftə Azərbaycanda axtarışda olan 93 nəfər saxlanılıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Ötən həftə (10-16 noyabr) müddətində Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 51 fakt müəyyən edilib. Bu barədə “Report” rəsmi mənbələrə istinadən xəbər verir.

Həmin müddətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz saxlanılan silah-sursatla bağlı 10 fakt müəyyən edilib.

Ötən həftə ərzində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 93 nəfər DİN əməkdaşları tərəfindən tutularaq istintaq orqanlarına təhvil verilib.

Qeyd olunan faktlarla bağlı müvafiq polis idarə və şöbələrində araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi